AQRAR SAHƏ
VAXTINDA VƏ İTKİSİZ
\r\n
Möhtərəm Prezidentimiz İham Əliyev cənabları 2015-ci ili ölkəmizdə “Kənd təsərrüfatı ili” elan etmişdir. Söz yox ki, dövlət başçısının bu müdrik addımı ölkədə kənd təsərrüfatı sektoruna xüsusi diqqət və qayğı göstərilməklə ərzaq bolluğu yaradılmasına hesablanmışdır.
\r\n\r\n
Təkcə onu demək kifayətdir ki,bu sahəni fəaliyyətinin əsas prioritetinə çevirmiş möhtərəm Prezidentimizin əmr, gəstəriş və sərəncamları ilə qısa zaman ərzində Respublika Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki “Aqrolizinq” ASC-nin ölkədəki mövcud nümayəndəliklərinin bir çoxunun fəaliyyət strukturunun genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, xarici ölkələrdə istehsal olunan yüksək məhsuldarlıqlı və müasir kənd təssərüfatı texnikalarını, maşınlarının, taxılbiçən kombaynlarının alınıb ərzaq bolluğu yaradanların ixtiyarına verilməsi, yeni regional nümayəndəliklərin yaradılması kimi köklü islahatlar həyata keçirildi.
\r\n
“Aqrolizinq” ASC-in Yevlax regional nümayəndəliyinin yaradılması da bu qayğının əyani təcəssümüdür. Daha bir yenilik ondan ibarət oldu ki, xaricdən, xüsusilə Hollandiyadan, Almaniyadan alınmış taxılbiçən kombaynları, digər aqreqatları idarə etmək üçün mexanizator kadrlarının hazırlanması üçün regional nümayəndəliyin nəzdində tədris-təlim kursaları açıldı. Xaricdən gəlmiş mütəxəssislər iki aylıq təhsil dövründə həmin texnikaların idarə olunması qaydalarını yerli mexanizatorlara öyrədərək onlara sertifikat verdilər.
\r\n
Artıq dənli bitkilərin biçini başa çatıb.”Aqrolizinq” ASC-inin Yevlax regional nümayəndəliyinin cari ilin “sarı kəhrəba” məhsulunun zəmilərdən toplanması istiqamətindəki fəaliyyətlərinin nəticəsi ilə bizi nümayəndəliyin direktoru Sədaqət Ağayev tanış etdi. Açıqlama verərək dedi ki, biz Yevlax da daxil olmaqla Ağdaş, Goranboy və Xocalı rayonlarından olan kəndli-fermer təsərrüfatlarına, sahibkarlara, xüsusilə taxılçılara xidmət edirik. Öhdəmizdə 60 ədəd müxtəlif markalı taxılbiçən kombayn var. Kollektivimizin səyi ilə bu məsuliyyətli işin öhdəsindən vaxtında gəldik. Əlverişli hava şəraitindən maksimum bəhrələnərək iyulun 1-dən 25-dək olan iş günü ərzində biçini tamamilə başa çatdırdıq. Sevindirici haldır ki, bu il hər hektardan 36 sentner buğda, 31 sentner arpa götürülmüşdür ki, bu da ötən ildəkindən 5-6 sentner çoxdur. Müvəffəqiyyətin təmin olunmasında mexanizatorlardan Mətləb Verdiyev, Şükür Əliyev, Bəhmən Əliyev, Zahir Əliyev və başqalarının gərgin əməyi olmuşdur. Biçini uğurla başa çatdırmış müxtəlif markalı texnikalar sürücü-mexanizatorlarımızın, çilingərlərimizin, mühəndis və texniki mütəxəssislərimizin gücü, əlbir fəaliyyəti ilə yağlanıb, sazlanıb əsaslə təmir olunaraq növbəti şum və səpin kampaniyasına hazır vəziyyətə salınmışdır.
\r\n
Bir neçə ay da keçəcək, şum və səpin traktorlarının səsi 2016-cı ilin bol məhsulunun bünövrəsinin qoyulması üçün yenidən ucsuz-bucaqsız əkin sahələrindən gələcək.
\r\n