Daşkəsən rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görürlər.\r\n\r\n\r\n\r\n25 avqust 2015-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Daşkəsən rayon Dövlət Arxivinin binasında Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarından olan  vətəndaşları qəbul edib.Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.\r\n\r\nKomitə sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.\r\n\r\nVətəndaşalrın qəbulu zamanı müraciətlərin bir neçəsi yerində həll olunub. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.\r\n\r\nVüqar Məmmədov.\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

\r\n

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 32
  • 23
  • 442
  • 2,060
ILK-10 Azeri Website Directory