Parlament Jurnalistləri 700 bal toplayanları bir araya topladı – Fotolar

Parlament Jurnalistləri 700 bal toplayanları bir araya topladı - <b style="color:red">Fotolar</b>\r\n\r\nBu gün qəbul imtahanlarında 700 bal toplayan 15 abituriyentlə Bakı Gənclər evində görüş keçirilib.\r\n\r\nParlament Jurnalistlər Birliyinin təşəbbüsü və Modern.az xəbər agentliyinin informasiya dəstəyi ilə təşkil olunan görüşdə Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından nümayəndələr, bir sıra millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.\r\nTədbiri giriş sözü ilə açan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı görüşün əsas məqsədini bu cür əsaslandırıb:\r\n\r\n\r\n\r\n“PJB tərəfindən silsilə olaraq bu cür tədbirlərin keçirilməsində məqsəd təhsil qəhrəmanlarının ölkə miqyasında tanıdılması, eyni zamanda həmin 15 tələbənin gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olmasını aşılamaqdır.\r\n\r\nHəmçinin burada məqsəd ölkə üzrə qəbul imtahanlarında rekord nəticə göstərən gənclərə dəstək olmaqla, onların gələcək illərdə də daha böyük uğurlara imza atmasına ruhlandırmaqdır”.\r\n\r\nQeyd edək ki, Parlament Jurnalistlər Birliyi artıq dördüncü ildir ki, hər il qəbul imtahanlarından maksimal bal toplayan tələbələrlə görüş keçirir və bu kimi görüşlərə millət vəkilləri, eləcəcə də digər rəsmi şəxslər dəvət olunur. Bu il qəbul imtahanlarından 700 bal toplayan  tələbələrin görüşündə də bu ənənə davam edib. Belə ki, Gənclər Evində təşkil olunan tədbirə  millət vəkilləri Məlahət İbrahimqızı, Sahibə Qafarova, Fuad Muradov, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə qatılıblar. Giriş sözündən sonra söz millət vəkili Məlahət İbrahimqızına verilib.\r\n\r\nAbituriyentlərin maksimal nəticəsinə görə onları ürəkdən təbrik edən millət vəkili nitqini vacib bir detal üzərində konkretləşdirib.\r\nM.İbrahimqızı onlarla eyni vaxtda imtahan versələr də kəsilən oğlan abituriyentlərin bir müddətdən sonra hərbi xidmətə yollanacaqlarını və məhz onları qoruyacaqları üçün maksimum bal toplayan tələbələrin çiyinlərində ikiqat məsuliyyət olduğunu bildirib.\r\nOnun sözlərinə görə hər kəs vətən, cəmiyyət üçün öz bacardığı səviyyədə xidmət göstərərsə bu müsbət nəticə ilə sonuclanar.\r\n\r\nOnun həmkarı Sahibə Qafarova isə 700 bal toplayan tələbələrə başqa istiqamətdə məsləhətlərini verib. Xanım millət vəkili istər xaricdə, istərsə də ölkə daxilində təhsil almalarından asılı olmayaraq  əsas işin hələ indi başlayacağını vurğulayıb.\r\n\r\nO, da abituriyentlərə hazırda ölkənin müharibə şəraitində olmasını və ölkəyə güclü, peşəkar kadrların vacibliyini nəzərə alaraq xarici universitetlərdə oxusalar da belə yenidən vətənə qayıtmalarını tövsiyyə edib.\r\n\r\nMillət vəkili Fuad Muradovun çıxışı isə daha çox çoxşaxəliyi və istiqamətvericiliyi ilə seçilib. Uzun müddət gənclər təşkilatlarına rəhbərlik edən millət vəkili bu görüşün həm də gənclər üçün istiqamətverici bir görüş olduğunu dilə gətirib.\r\n\r\nOnun fikrincə, 700 ballıq maksimal baryer aşılsa da bundan sonrakı ən vacib məsələ təhsil aldıqları müddətdə düzgün hədəfə istiqamətlərnmələrini və bundan sonra da eyni tempdə qalma bacarıqlarını önə çəkib. Millət vəkili hələlik əldə edilən ilkin uğur üçün də abituriyentlərin valideyn və müəllimlərinə təşəkkürünü bildirib. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun çıxışı isə əsasən gəncləri keyfiyyətli təhsil almalarına, güclü kadr kimi formalaşmasına yönəldi. O, 700 balın təbii ki, uğurlu bir nəticə olsa da hələ hədəfin özü olmadığını, yalnız hədəfə gedən yolda uğurlu start nöqtəsi adlandırdı.\r\n\r\nSonda çıxış edən TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə də birinci etapdan maksimal nəticə göstərən gənclərin ikinci mərhələdə uğurla çıxış edəcəyinə əmin olduğunu bildirib.\r\n\r\nModern.az\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 32
  • 23
  • 442
  • 2,060
ILK-10 Azeri Website Directory