Akademik Nadir Seyidov dünyasını dəyişib

\r\n\r\n

Dünya şöhrətli Azərbaycan alimi, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Nadir Miribrahim oğlu Seyidov oktyabrın 5-də, həyatının 84-cü ilində dünyasını dəyişib.\r\n\r\nNadir Seyidov 1932-ci il aprelin 28-də Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirəndən sonra namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, ölkədə ən gənc elmlər doktorlarından biri olub. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.\r\n\r\nNadir Seyidov 367 elmi işin müəllifidir. Bu işlərdən 131-i xaricdə nəşr edilib. Akademik 98 patent və müəlliflik şəhadətnaməsi alıb. \r\n\r\nO, etilen-propilen və digər olefinlər bazasında sintetik kauçukların, katalizatorların və müxtəlif yağların yaradılması və sənaye üsulu ilə istehsalı sahəsinə sanballı töhfə verib. Onun ixtiraları həm SSRİ-də sənayenin bütöv sahələrinin inkişafına təkan verib, həm də müstəqil Azərbaycanda tətbiq edilib. Sumqayıtdakı “Üzvi sintez”, “Sintetik kauçuk” və “Etilen-polietilen” zavodları, habelə Rusiya Federasiyasındakı (məsələn, Nijnekamsk şəhərindəki) bir sıra zavodlar N.Seyidovun rəhbərlik etdiyi elmi kollektivlərin araşdırmaları əsasında işləyirdi.\r\n\r\nNadir Seyidov Qarşılıqlı İqtisadi Yardım Şurasının sintetik kauçuklar üzrə işçi qrupunun, SSRİ Neft-Kimya və Neft Məhsulları Nazirliyi yanında kauçuklar üzrə Koordinasiya Şurasının, SSRİ EA yüksək molekulyar birləşmələr üzrə Koordinasiya Şurasının üzvü, AMEA-nın yüksək molekulyar birləşmələr üzrə koordinasiya şurası sədrinin müavini idi. O, nüfuzlu elmi nəşrlərin, o cümlədən “Azərbaycan kimyası”, “Neft kimyası və neft məhsulları” jurnallarının, Sumqayıt Dövlət Universitetinin jurnalının redaksiya heyətinin üzvü idi. Onun adı ölkəmizdə məşhur olan elmi müəssisələrin – Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun və Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutunun tarixinə qızıl hərflərlə yazılıb.\r\n\r\nNadir Seyidov fəal pedaqoji işlə də məşğul olurdu – Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının professoru idi. O, 33 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib.\r\n\r\nAlimin fəaliyyəti Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar Elm Xadimi” adına layiq görülüb, “Şərəf” və “Şöhrət” ordenləri ilə, həmçinin “Amerika Şərəf medalı” ilə təltif edilib. Alim elmə verdiyi böyük töhfələrinə görə ona Prezident təqaüdü təyin edilmişdi.\r\n\r\nAllah rəhmət eləsin!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 70
  • 18
  • 891
  • 3,342
ILK-10 Azeri Website Directory