“Şəmkir səbəti”nin açılışı maraqla gözlənilir

\r\n\r\n

Rayonumuzda aqrar sahənin, xüsusən faraş tərəvəzçiliyin inkişafı, məhsulun tədarükü və satışı sahəsində müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə Çinarlı qəsəbə bələdiyyəsinin nəzdində “Şəmkir səbəti” adlı yaşıl market kompleksi inşa olunur. İstər  alıcı, istərsə də satıcılar üçün çox sərfəli layihədir. Bakı-Qazax yolunun yaxınlığındakı beş hektar sahədə  milli memarlıq üslubunda 150 taxta köşk düzəldilib. Müxtəlif kənd təsərrüfatı məhsulları üçün ayrı-ayrı bölmələr yaradılır. \r\n\r\nSahibkarlara xidmət məqsədilə  5 soyuducu anbar, 3 sanitariya qurğusu, çay-kafe mərkəzi  inşa olunur. Əraziyə su xətti çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Məhsulun daşınması və topdansatışının təşkili üçün xüsusi dayanacaqlar inşa olunur.\r\n\r\nArtıq obyektdə işlər sona çatmaq üzrədir. Hazırda abadlıq, son tamamlama işləri görülür. Bu, xeyli yeni iş yerinin açılması deməkdir.\r\n\r\nKönül QƏLƏNDƏROVA,\r\n\r\nŞəmkir rayonu. 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 100
  • 17
  • 410
  • 1,407
ILK-10 Azeri Website Directory