Qaraçöhrə meşəliyi baxımsız qalıb

\r\n\r\n

Lerik rayonunun dağlar qoynunda yerləşən Hamarat kəndi füsunkar təbiəti ilə görənləri valeh edir. Ulu Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Torpağı bərəkətli, suyu boldur. Yamaclarda, dərələrdə, təpələrdə çox sayda dərman otları bitir. Hamaratdan bir az aralı, dəniz səviyyəsindən 1300 metr hündürdəki ərazidə isə neçə illərin yadigarı olan qaraçöhrə ağacları baş-başa verib…\r\n\r\nQaraçöhrə – dünyada nadir ağac növüdür. Azərbaycanda Qəbələ rayonunda rast gəlinir. Həmişəyaşıl, iynəyarpaqlıdır. Qaraçöhrə meşəliyi isə təkcə Hamarat kəndindədir. Bu meşəlikdə 140 ağac var. \r\n\r\nDünya şöhrətli təbiətşünas alim Həsən Əliyev buranı “təbiətin canlı muzeyi” adlandırmışdı.\r\n\r\nTəəssüf ki, hazırda bu təbiət abidəsində acınacaqlı vəziyyət yaranıb: ağacların çoxuna balta vurulub. Kəndin mal-qarası da ağaclara ziyan verib. Bu meşəliyə diqqət göstərib qoruyan yoxdur.\r\n\r\nQaraçöhrə meşəliyini mühafizə etmək, təbiətin bu nadir incisindən düzgün yararlanmaq kimliyindən asılı olmayaraq hər kəsin borcudur.\r\n\r\nZəfər ORUCOĞLU,\r\n\r\nLerik rayonu.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 14
  • 10
  • 2,211
  • 4,310
ILK-10 Azeri Website Directory