Daha sudan korluq çəkmirik

Biz İsmayıllı rayonunun Zeyvə kəndində yaşayırıq. Xankəndi inzibati ərazi dairəsinə daxilik. Kəndimiz 138 evdən ibarətdir. Bir vaxtlar Rusiyanın  müxtəlif şəhərlərinə qazanc üçün gedənlər də  öz dədə-baba yurdlarına qayıdıblar. Bundan sonrakı həyatlarını da burada davam etdirməyə qərar veriblər. Dövlət qayğısını həmişə  hiss edir, nəticələri də görürük. Elə bir çətinliyimiz yoxdur. Bircə içməli su  təminatımız zəif idi.\r\n\r\n\r\n\r\nBir vaxtlar üzümçülük təsərrüfatı olan Zeyvədə artezian quyusu qazılmışdı. Sonralar təsərrüfat ləğv olundu, artezian da baxımsızlıqdan sıradan çıxdı. Bu yaxınlarda vəziyyət barədə aidiyyəti təşkilatlara müraciət etdik. Sağ olsunlar. Müraciətimizə çox tez əməli cavab verdilər. Rayon icra  hakimiyyətinin bilavasitə köməyi ilə imkanlar səfərbərliyə alındı, yenidən  qazma işləri  aparılmaqla artezian bərpa olundu. Lazımi avadanlıqlar  quraşdırıldı. Problemin həllində əməyi olanların hamısına çox sağ olun deyir, minnətdarlığımızı bildiririk.\r\n\r\nBalaşükür İSGƏNDƏROV,\r\n\r\nKöçalı ƏZİZOV,\r\n\r\nAtaş MƏSİMOV\r\n\r\nİsmayıllı rayonu, Zeyvə kəndinin sakinləri

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 100
  • 17
  • 410
  • 1,407
ILK-10 Azeri Website Directory