Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>\r\n\r\n1950-ci il. BMT Baş Məclisi tərəfindən keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.\r\n\r\nBundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.\r\n\r\nBu gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycanda əhalinin təxminən 30 faizini uşaqlar təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.\r\n\r\n\r\n\r\n1926-cı il. XX əsrin ən məşhur kino ulduzlarından biri, amerikalı aktrisa, müğənni və model Merilin Monro anadan olub (1926-1962).\r\nƏsl adı Norma Cin Mortenson olan aktrisa karyerasının əvvəlində kiçik rollarda özünü göstərdikdən sonra “Centlmenlər sarışınları üstün tutur”, “Milyonerə necə ərə getməli” və digər filmlərdə göstərdiyi komediya bacarığı, cazibəsi və ekrandakı görünüşü sayəsində 1950-ci və 1960-cı illərin əvvəllərində ən populyar kino ulduzlarından birinə çevrilib.\r\n\r\n1980-ci il. ABŞ-ın media maqnatlarından olan Ted Törnerin əsasını qoyduğu nüfuzlu CNN (Cable News Network) telekanalı yayıma başlayıb.\r\n\r\n1990-cı il. Dünyanın iki super dövləti – ABŞ-ın və SSRİ-nin liderləri Corc Buş (ata) və Mixail Qorbaçov kimyəvi silahların istehsalının dayandırılması barədə müqavilə imzalayıblar.\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 68
  • 59
  • 709
  • 4,483
ILK-10 Azeri Website Directory