Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>Azərbaycan Respublikasında Kənd təsərrüfatı işçiləri günüdür.\r\nHəmin gün prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamına müvafiq olaraq təsis edilib.\r\n2015-ci il. Azərbaycanda parlament seçkiləri keçirilib.\r\nSəsvermənin nəticələrinə görə, Yeni Azərbaycan Partiyası Milli Məclisdə çoxluq qazanıb.\r\n1906-cı il. “Füyuzat” həftəlik ədəbi, elmi, ictimai-siyasi jurnalının ilk nömrəsi işıq üzü görüb.\r\nJurnal 1906-1907-ci illərdə mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Bakıda nəşr olunub.\r\nAlim, filosof, rəssam və həkim Əli bəy Hüseynzadənin redaktorluğu ilə çıxan jurnalın səhifələrində Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi və başqa görkəmli maarifçi yazıçılar çıxış ediblər.\r\n1897-ci il. Turin Universitetinin tələbələri İtaliyanın məşhur “Yuventus” futbol klubunun əsasını qoyublar.\r\nOnların ən böyüyünün cəmi 17 yaşı olub. Məhz buna görə də kluba “Yuventus” adı verilib, çünki bu söz latıncadan tərcümədə “gənclik” deməkdir.\r\nOnda gənc futbolçuların ağlına da gəlməzdi ki, onların səyi ilə bir futbol əfsanəsi yaranır və yüz ildən sonra bu klub dünyanın ən yaxşı klublarından biri sayılacaq.\r\n1922-ci il. Mustafa Kamalın təşəbbüsü ilə Osmanlı İmperiyasında monarxiya rejimi ləğv edilib.\r\nOsmanlı sülaləsinin hakimiyyəti 623 il sürüb, 1299-cu il iyulun 27-dən 1922-ci il noyabrın 1-dək davam edib.\r\n1993-cü il. Avropanın 28 dövlətinin iqtisadi və siyasi birliyinin – Avropa İttifaqının yaranmasını təsbit edən Maastrixt müqaviləsi qüvvəyə minib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 78
  • 46
  • 717
  • 4,464
ILK-10 Azeri Website Directory