Peşə taleyinin sədaqətli yol yoldaşı

\r\n0001\r\n\r\n…Ömrün sürət qatarında gedənlərin izi qalmır, lakin yaddaşlarda çox şey iz buraxır, insanların həyatda bəhrələndikləri mənəvi sərvətlər, əxz etdikləri keyfiyyətlər isə əbədi qalır. Ömrünü bu sərvətlərin öyrənilməsinə sərf edənlər, elmin ayrı-ayrı  sahələrini araşdıranlar, bir sözlə, əsil ziyalılıq zirvəsinə yuksələnlər xoşbəxtdirlər. Burada böyük Ömər Xəyyamın aşağıdakı misralarını xatırladım:\r\n

– Bir ucsuz, bucaqsız dairədə sən,

\r\n

İki cür insanı xoşbəxt görərsən.

\r\n

Bir qismi hər şeyi bilən, o biri,

\r\n

Xəbərsiz yaşayan dünya işindən!..

\r\nBəli, belə bir ziyalı, peşə sahibi haqqında söhbət açmaq qərarına gəlmişik. Əslində ziyalılıq deyiləndə hər şeydən əvvəl özünü dərk edə bilmək, zəngin bilik, həyat təcrübəsi toplamaq və bunlara istinadən öz həyatını nizamlaya bilmək, özü üçün bir mənəvi sərvətlər sistemi yarada bilmək qabiliyyəti nəzərdə tutulur.\r\n\r\nDeyərdim ki, bu yüksək dəyərlər Afər Əfəndi oğlu Cəfərovun şəxsində küll halında cəmlənib. Onu təmkinli, müdrik, cəmiyyətdə, ictimaiyyət arasında sayılıb-seçilən bir ailənin , bir nəslin təmsilçisi kimi tanıyıram və söz yox ki, bu dəyərlər milli xarakterin mühüm ünsürlərindəndir, şəxsi və milli əxlaqi dəyər göstəricisidir.\r\n\r\n\r\n\r\nAfər Cəfərov son dərəcə ehtiramlı, cəmiyyətdə yerini bilən, ağsaqqalın, ağbirçəyin yolunu gözləyən, həmişə düzgünlüyə, haqqa-ədalətə sığınan insandır. Müdriklik isə tarixin bütün mərhələlərində həyat məktəbi, insanlıq meyarı kimi səciyyələnib. Həyatda nail olduqları ona heç vaxt bəxşis , ənam kimi verilməyib. O, bu nailiyyətləri özünün gərgin əməyi, halal zəhməti ilə qazanıb, əmək-mübarizə yolunu naxışlayıb…\r\n\r\nİşə, zəhmətə erkən qarışan, öz xoşbəxtliyini halal zəhmətdə, alın tərində axtaran Afər həmişə atası Əfəndi kişinin dediyi, tələb etdiyi kimi durub-oturub. Bir sözlə, dərin zəkasının, müdrikliyinin, zəhmətsevərliyinin  balası kimi böyüyüb, ömür yolunu naxışlayıb. O , hələ kiçik yaşlarından atası Əfəndi kişinin Böyük  Vətən müharibəsinin ölkəmizdə yaratdığı iqtisadi çətinliklər barədə söhbətlərinə həvəslə qulaq asar, xatirələrini dinləməkdən doymazdı.\r\n\r\nAta oğluna  deyərdi ki, bala, həyatda ən böyük qələbələrin, tarixi zəfərlərin taleyi hər şeydən əvvəl insanların ürəyində öz həllini tapır. Ona görə də sən heç vaxt qəlbini ağır sınaqların, yaranan çətinliklərin  təsirinə məruz qoyma. Əksinə, kamilliyə, məğrurluğa  doğru bir səfər başla. Qoy, bu yol oxumaq, yüksək intellekt  sahibi olmaq yolu olsun. Həm də elə bütün bunlar sənin düşüncəndə, həyata baxışında təşəkkül tapsın.\r\n\r\nSöhbət zamanı Afər Cəfərov dedi:\r\n\r\n- Həyatda hər kəsin ürəyini, könlünü isidən  bir xatirəsi olur. İllər ömürdən çox şey alıb aparsa da belə, o duyğu\r\n\r\nlar həmişə təzə-tər qalır və ürəyin, könlün ən kövrək güşəsində qərar tapdığı üçün insana ruh verir, onu yaşamağa, işləməyə səsləyir.  Mənim də həyatımın ən xoş, şirin xatirələri məhz Gəncə Tibb Kollecinin qaynar həyatı ilə bağlıdır…\r\n\r\nBu sözləri söyləyərkən Afərin üzündə , o səffaf çöhrəsində xoş bir təbəssüm yarandı, xatirələri ürəyindəki bütün duyğularını dilə gətirdi…\r\n\r\nAfərin bu sözləri ürəyimizi iftixar hissi ilə doldurdu. Onunla birlikdə zaman qatarında Afər Əfəndi oğlu Cəfərov ünvanlı bir səyahətə çıxdıq. Öyrəndik  ki, 2009-cu tədris ilində  Gəncə şəhərindəki M.B. Qasımov adına 23 Saylı Tam Orta Məktəbini bitirən Afər elə həmin il də Gəncə Tibb Kollecinə qəbul olunub. Kollecin əczaçılıq  fakültəsində təhsil alan Afər 2010-cu ilin yanvar ayında ordu sıralarına çağırılıb. Burada onun sevib seçdiyi əczaçılıq peşəsinə olan marağını nəzərə alaraq qulluq etdiyi hərbi hissənin tibb məntəqəsində sanitar-təlimatçı baş çavuş vəzifəsinə təyin ediblər. Ordu sıralarında qulluq etdiyi müddətdə həm əsgər yoldaşlarının, həm də komandirlərinin rəğbətini qazanan Afər Vətənə xidmət borcunu uğurla başa vuraraq doğma kollecin qaynar həyatına yenidən qovuşub.  2014-cü ildə təhsili uğurla başa vuran Afər Cəfərov ilk əmək fəaliyyətinə Totanlı qəsəbəsindəki 396 saylı aptekdə başlayıb, sonra “Sağlam həyat” aptekində çalışıb. Hazırda şəhərimizdəki “Dədəmin” aptekində çalışır.\r\n\r\nSöhbət zamanı Afər dedi:\r\n\r\n- İnsanların düçar olduqları ağrı-acıdan azad olmaları həkimlərə aid olsa da belə, biz aptek işçilərinin üzərinə xüsusilə böyük vəzifələr düşür. Çünki, həkimin yazdığı nüsxə bizim aptekdən keçir. Bura biz aptek işçilərinin vicdani borclarını da əlavə etsək bir üçlük yaranır. Biri möhtac olan, ikinci tövsiyyə edən, üçüncü isə doğru-dürüst dava-dərman satan. Yəni vicdanın səsinə qulaq asıb yaranmış psixoloji şəraitdən fayda ummayan aptekçi…\r\n\r\nBəli, haqqında söhbət açdığımız gənc Afər belə aptekçilərdəndir.\r\n\r\nBütün bu məsələlər barədə Afərlə söhbətləşmək istəyirdim. Çünki, onun işindən nəinki müraciət edən xəstələr, vətəndaşlar, hətta həkimlər də razılıq edirlər.\r\n\r\nNüsxəni əlinə alan şəxs “Dədəmin” aptekinin qapısını ürəklə açır, buranı nicat qapısı sandığı üçün…\r\n\r\nAdətən, qələm əhli müxtəlif xarakterli peşə sahibləri ilə ünsiyyət qurmalı olur. Odur ki, qarşısındakı şəxsə qiymək vermək üçün cəmi bir neçə dəqiqə kifayət edir. Afər Cəfərov ilk baxışdan həssas və səmimi insan təsiri bağışladı. Söhbətimizə körpü saldıqdan sonra fikrimdə yanılmadığımı yəqinləşdirdim. Bu maraqlı adam məntiqli söhbət edirdi. Onun danışdıqları əsil həyat hekayəti idi, insanların düşdükləri psixoloji anların səciyyəsi idi. Güclü müşahidə qabiliyyətinə, erudusiyaya  malik imiş bu insan. O, danışır, mən isə dinləyirdim.\r\n\r\n…Aptekdə işləmək çoxlarına asan görünə bilər.  Desəm ki, buraya gələn hər kəslə birgə həyəcanlanır, onunla birlikdə rahatlığımı itirirəm, inanın. Taaki onun istədiyini tapıb verənə kimi. Təsəvvür edin, əzizini ölüm yatağında az qala əzrayılla baş-başa qoyan bir kəsdə nə hövsələ, nə də təmkin qalır. Başı alovlu aptekə daxil olan adamı razı yola salmaq üçün onun bütün yerli-yersiz iradlarını qəbul etməli olursan. Həyatımda bu cür anların dəfələrlə şahidi olmuşam. Təvazökarlıqdan uzaq olmasın, həmişə də peşəkarlığım, peşəyə məhəbbətim karıma gəlib. Sonra isə həmin şəxslər gəlib mənə dönə-dönə minnətdarlıq ediblər ki,  onları gərgin anlarında tənha buraxmamışam, yardımçı olmuşam…\r\n\r\nBəli, iqtisadi vəziyyət insanları bəzən çaşqın salır. Axı, çörəyi, əti, meyvəni  yeməyə də bilərsən. Ancaq necə olursa-olsun, dava-dərmanı almalı və qəbul etməlisən. Bəzən həkim nüsxəsi əlində olan şəxs alacağı dava-dərmanın qiymətini öyrənəndən sonra sakitcə uzaqlaşır. Belə hallarla üzləşəndə özümə yer tapa bilmirəm. Çalışıram ki, onu sındırmadan, utandırmadan köməyinə yetişim. Bir bəhanə ilə onu geri qaytarıram. Özümə ziyan olsa da istəyinə əməl edib yola salıram. Bu zaman onun baxışlarından oxuduğum  minnətdarlıq hissləri könlümü isidir…\r\n\r\nAfər Cəfərov danışır, mən isə bu humanist, səmimi, bir az da kövrək insanı süzürəm. Düşünürəm ki, böyük yaradan çox ədalətlidir. Həm də ona görə ki, Afər Cəfərovun qismətinə insanpərvərlik, mərhəmət və nəçiblik yazmaqla onun xeyirxahlıq missiyasını tamamlayıb.\r\n\r\nBahəddin Həsənov.\r\n\r\n \r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory