Tarixdə bu gün

Tarixdə bu gün<b style="color:red"></b>1948-ci il. Bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli vəfat edib (1885-1948).\r\nÜ.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir (“Leyli və Məcnun”, 1908).\r\n1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası isə Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir.\r\n“Ər və arvad” musiqili komediyası, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettaları da görkəmli bəstəkarın sevilən əsərləri arasındadır.\r\n1954-cü il. ABŞ-ın avtomobil istehsalçısı “General Motors” şirkəti 50 milyonuncu avtomobilini – qızıl suyuna çəkilmiş ikinəfərlik qapalı “Şevrolet” avtomobilini təqdim edib.\r\n1976-cı il. Fransalı dalğıc Jak Mayol (1927-2001) dünyada ilk dəfə olaraq, dalğıc avadanlığından istifadə etmədən dənizin 100 metr dərinliyinədək enib.\r\n1992-ci il. ABŞ-ın Las-Veqas şəhərində keçirilən COMDEX sərgisində dünyada ilk smartfon – “IBM Simon” təqdim olunub.\r\n2005-ci il. Liberiya prezidenti seçilən Elen Conson Sörlif Afrika qitəsində ilk qadın dövlət başçısı kimi tarixə düşüb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 48
  • 36
  • 439
  • 2,144
ILK-10 Azeri Website Directory