Tarixdə bu gün
2 dekabr – Köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günüdür.\r\nBu tarix BMT-nin Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlıdır.\r\nBMT-nin hesablamalarına görə hazırda dünyada 21 milyon qadın, kişi və uşaq köləlik şəraitində yaşayır. Bu isə köləliyin hələ də tamamilə aradan qaldırılmadığını göstərir.\r\n1929-cu il. Azərbaycan şairi, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradaği vəfat edib (1848-1929).\r\nO, İ.Krılovun 60-dan çox təmsilinin, K.Uşinski, A.İzmaylov, A.Pçelnikova və digər yazıçıların şeir, hekayə və təmsillərinin Azərbaycan dilinə ilk tərcüməçisi olub.\r\nŞairin bizə gəlib çatmış əsərləri arasında 50-dən çox qəzəl, müxəmməs və növhələr, onlarla məktub var.