Gəncliyə açıq məktub

BAKI SLAVYAN UNİVERSİTETİ – 70

\r\nGəncliyə açıq məktub<b style="color:red"></b>\r\n

Südabə AĞABALAYEVA

\r\nGənc Dost!\r\n\r\nBəlkə də, bu sətirləri oxuyanda Sən arzuların və imkanların arasında seçim ərəfəsində olacaqsan; reallıqları və xəyalları bir araya gətirmək çətinliyi, qiymətləndirmə təcrübəsizliyi və səriştəsizliyi üzündən tərəddüdlər bəzən insana düzgün seçim etməkdə mane olur. Və bəzən bir qığılcım, bir işartı bəs edir ki, şübhələrini çırpıb qalxasan, Sənə məhz nəyin gərək olduğunu, Sənin məhz harada olmalı olduğunu başa düşəsən. Səninlə bölüşmək istədiklərim və bölüşmək istəyim olan bu yazı tərəddüdün önündə bir işartıya dönə bilsə, nə xoş!…\r\n\r\n\r\n\r\nƏlbəttə ki, Sən bir fərd olaraq, özünü ifadə və özünütəsdiq üçün ən mühüm olandan başlamaq istəyəcəksən. Və bunun məhz Azadlıq olduğunu düşünəcəksən! Məgər Sənə kimsə etiraz edə bilərmi? Məgər hər birimizin nə vaxtsa belə düşündüyünü kimsə inkar edərmi? Amma azadlığın dərki ilə bağlı düşüncələrimizdə biz fərqli və fərdiyik!\r\n\r\nMüəyyən yaşadək biz himayənin məmnunluğundan geninə-boluna barınsaq da, bir gün hiss etməyə başlayırıq ki, “küçə mənə dar gəlir”, dünənki məmnunluğun yerinə tutqun şübhələr dolur: himayədən darılırsan, məsləhətdən bezirsən, bunu azadlığına və şəxsiyyətinə (hələ şəxsiyyət kimi formalaşıb- formalaşmadığının fərqinə varmadan, münasibətlər sistemini mənimsəmədən!) təzyiq kimi qəbul edirsən.\r\n\r\nÖzünüz haqda nə düşünürsünüzsə, o deyilsiniz, nəyin haqqında düşünürsünüzsə,- osunuz! Bunu dərk etmək üçün insana bəzən bir an, bəzən illər gərək olur. Hər bir halda, ayaq saxlayıb, Yola boylanırsan; ömür yoluna, düşüncələrin yoluna və arzuların yoluna.  Yol həmişə irəli aparmır, yol həmişə üfüqə çəkmir. Hərdən görünməsə belə, üfüqün olduğuna inanmaq vacibdir. Güman etmək, ümid etmək yox, məhz inanmaq, əmin olmaq! Üfüqləri yoldan əvvəl niyyətlər və məqsədlər gətirir. Təsadüf bildiyimiz zərurətlər gətirir! Xatirə ovqatı yazdırmır bu sətirləri. Günün qaçarağında qəribə və qərib səslənsə də…\r\n\r\nAzadlıq- dərk olunmuş məsuliyyətdir!\r\n\r\nBu, həyatın və fəaliyyətin bütün sahələrində belədir, daha doğrusu, belə olmalıdır!\r\n\r\nVə heyf ki, hələ bu nəticəyə gəlmək Sənin üçün çox tezdir. Gec olanda isə, heç yerə çatmayacaq təəssüfünlə daha çətin olacaq. Azadlıq, bütün gözəl nemətlər kimi, verilmir, onu qazanmaq gərəkdir və daxilən azad olmayan insan bunun nə demək olduğunu heç vaxt duya, qiymətləndirə bilməz. Daxili azadlıq duyğusu hisslərin ən gözəli, ən ucasıdır! Bu duyğudan məhrum insan fikir, söz azadlığının ifadə azadlığının mahiyyətini heç vaxt dərk etməyəcək. Bax, elə buradan başlanır cəmiyyətin, insanların problemi! Bunu bir az başqa cür desək, cəmiyyətin və insanların problemi, əsasən, münasibətlərdə intonasiyanın düzgün qoyulmamasından, münasibətlərin sərhədlərini və adını düzgün qoya bilməməkdən yaranır. Bu da hökmən təqdimat mədəniyyətinin arzuolunmaz səviyyəsini formalaşdırır.\r\n\r\nBakı Slavyan Universitetində jurnalist kadrlarının hazırlanması işinə cəlb olunanda, həyəcanımı yenməkdə, səfərbər olmaqda mənə nəyin kömək edə biləcəyini götür-qoy edib, üç amilə güvənəcəyimi yəqin etdim: pedaqoji yöndən zəngin ailə ənənəsinin təqdir olunmuş təcrübəsi, məzunu olduğum tədrisin və təhsilin ekologiyasında yaşıl ada bildiyim unudulmaz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ömrümüzdə və xatirəmizdə qoyduğu isti izlər və bir də ixtisasımın tələbə- jurnalistə nəyin daha mühüm olduğunu müəyyən etməyə geniş imkan açmış praktik yönü.\r\n\r\nVə özümə verdiyim ilk sual bu oldu: Sənin modelin nə olacaq? Əlbəttə, bu amillərin heç birini “oynamaq” olmazdı, ümumiyyətlə, “oynamağın” uğursuzluğunu bəri başdan satın almağın deməkdir.\r\n\r\nMüşahidələrimi və qənaətlərimi belə ümumiləşdirdim:\r\n\r\nReşəkar prinsipləri fəaliyyət tərzinə çevirmək!\r\n\r\nTələbə jurnalistlərə məhz bunu təlqin etmək! Əlbəttə, hər bir kadrın faydalı ola biləcəyi mühitin mühümlüyünü unutmadan, hər bir məzuna “mühiti məhz sən özün yaratmalısan”- fikrinin və səyinin təlqini də bura daxildi. Bu gün məmnun hisslərlə deyə bilirəm: ilk vaxtdan tədrisə cəlb olunan kadrların seçilməsində meyar- auditoriyaya daxil olan müəllimin tələbəyə sözün bütün məqamlarıyla nümunə ola bilməsi- xoş nəticələrə zəmanətin biri oldu. Tələbələr respublikanın ən müxtəlif media qurumlarında çalışan peşəkarlarla tədris prosesində gündəlik ünsiyyətdən jurnalistikanın kitab səhifələrində yazılmayan elə dərslərini alırdılar ki, az sonra “ Bakı Slavyan Universitetinin məzunları” ifadəsi dövriyyəyə xoş ovqatla qoşa daxil oldu. Təhsilin magistratura pilləsində isə, bir daha əmin oldum ki, bu ifadə artıq obraza çevrilə bilib. Nədir bu obrazın cizgiləri?\r\n\r\nDəbə yox, Dəyərə işləmək, Reytinq arxasınca qaçmaq yox, peşəkar yanaşmaya canatma, hər bir hadisənin, faktın arxasında insanı görə bilmək. Dinləməyi bacarmaq, düşünən və düşündürən jurnalistikanın tərəfində olmaq, kilişelər yox, yaradıcı münasibət.\r\n\r\nNormaların qəhrəmanlıq kimi təqdim olunduğu bu qarışıq dövranda tələbələrlə professor-müəllim heyətinin münasibətlərində qibtəolunacaq demokratik münasibət, ünsiyyətdə açıq və səmimi olmaq, tələbə- müəllim ünsiyyətində hiss olunan həmkar münasibəti onlara təkcə düşündüyünü demək yox, düşündüyünü ifadə etmək mədəniyyətini davranış normasına çevirmək vərdişləri aşılayır. Nəzəri biliklərlə praktik vərdişlərin düzgün balanslaşdırılması sayəsində tələbələr təkcə savadlı kadr kimi hazırlanmırlar, həm də fəal vətəndaş mövqeli, sağlam əqidəli, kreativ düşüncəli və yenilikçi zövqlü məzunlarımızla davam edən ünsiyyət, münasibətləri işgüzar və səmimi dostluq çalarları ilə zənginləşdirir.\r\n\r\nHeç kəsə sirr deyil ki, test üsulu müsbət tərəfləri ilə yanaşı, gənclərin ümumi inkişafı, nitq mədəniyyəti, ünsiyyətdə adaptasiya, düşündüyünü ifadə etmək kimi çox vacib məqamlara təsirsiz ötüşmür. Düşündüyünü savadlı şəkildə, səlis ifadə etmək problemi üzərində düşünməyə dəyər.\r\n\r\nİnformasiya cəmiyyətinin təbiətindən və tələblərindən biri kimi tez-tez səsləndirilən yazılı medianın süqutu fikirləri nəinki həqiqəti ifadə etmir, etibarlılığı, ədəbi dilin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsindən başqa, jurnalistin intellekti, savadı və təcrübi biliklərinin müvazi uzlaşdırılaraq təqdim olunması sahəsində müstəsna əhəmiyyətini bu gün də saxlayır, sabah da belə olacaq.\r\n\r\nAd və təyinat müxtəlifliyinə rəğmən, 70 illiyini qeyd etməyə hazırlaşan Bakı Slavyan Universitetinin tarixində jurnalist kadrlarının hazırlanmasının 10 illik bir dövrü yekunlaşdı. Və bu on illik yolun ən başlıca məziyyətini qabartmaq lazım gələrsə, statistikanın quru silsiləsinə ehtiyac duymadan demək mümkündür: biz əsas məqsədimizi trendimiz kimi müəyyən etdik. Və bu zaman seçdirmə üsulu ilə, altını ürəklə cızaraq bəyan etməkdən çəkinməyə dəyməz!\r\n\r\nGeriyə baxmaq – həmişə xatirələrə dalmaq deyil, bəzən də davam etməkdə, oriyentiri daha dəqiq müəyyənləşdirməkdə bir nəfəsdərmə anıdır. Davam etmək, ya da qayıtmaq tərəddüdü də var bu anda. Davam etməyə də dəyər, xatırlamağa da! Bu on ildə Azərbaycanda ilk dəfə olaraq Jurnalistikanın aktual problemlərinə həsr olunmuş beynəlxalq tələbə konfransına Slavyan Universiteti ev sahibliyi etdi. Xarici ölkələrin tanınmış informasiya agentliklərində təcrübə keçən tələbələrin bacarıq və vərdişləri yüksək qiymətləndirildi Azərbaycanda jurnalistika tədrisinin yaxşılaşdırılması üzrə beynəlxalq layihəyə tələbələrin cəlb olunması, Avropa, Britaniya, Amerika, Türkiyə, Rusiya, Gürcüstan Universitetlərinə qarşılıqlı ezamiyyələr, mübadilələr, tələbələrin idarəçilik strukturlarında uğurla təmsil olunması, ödənişsiz dil kurslarının təşkili… ABŞ, Avropa Universitetlərindən tədrisə dəvət olunmuş müəllimlərin Jurnalistika fakültəsinin elmi-tədris laboratoriyasının təchizat səviyyəsinə heyrət və qibtə dolu etirafını bu gün də xatırlayıram. Əlbəttə, bu gün texnologiyaların sürəti cəmiyyətin informasiya tələbatını ödəməkdə müqayisə olunmaz üstünlük imkanıdır. Amma burada bir mühüm məqam da unudulmamalıdır. Texnologiyaların tətbiqi məqsədlərinin düzgün işlənilməsi çox vacibdir. Texnologiyalar müəyyən mənada sərhəd anlayışını silməkdədir, amma hesab edirəm ki, jurnalistikanın milli siması da unudulmamalıdır. Bu gün qloballaşmanın milli özünəməxsusluqlara münasibətində tutduğu mövqeyə- total hücuma qarşı milli-mənəvi dəyərlərə söykənən total müqavimət hissinin səfərbər olunmasında bəşəri dəyərlərlə səsləşən milli-mənəvi dəyərlərimizdən güc alan fikir, düşüncə və fəaliyyət prinsipləri jurnalistikamızın əsası olmalıdır. Bu və bu tipli oxşar məsələlərdə və məqamlarda kapitalizmin mübadilə təbiətini dəstəvuz etməyə dəyməz.\r\n\r\nGənc Dost!\r\n\r\nSən də özünü bu qlobal proseslərin iştirakçısı və gələcəkdə yönləndiricisi kimi öz Azadlığını qorumaq, öz Səsini eşitdirmək istəyirsənsə, özünüdərk, özünü ifadə yolları arayırsansa, tərəddüdə gərək yox: Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsi Sənin Azadlığının və Sənin Səsinin tribunasıdır. Mikrofonlar açıqdır!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 32
  • 27
  • 591
  • 2,769
ILK-10 Azeri Website Directory