Lənkəran qışın sınaqlarına hazırdır

\r\n

\r\n\r\nQış mövsümünə hazırlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında ətraflı müzakirə edilib.   \r\n\r\nİcra hakimiyyətinin başçısı Taleh Qaraşov  bildirib ki, həmin məsələ avqustun 16-da keçirilmiş şura iclasında da nəzərdən keçirilmişdi və hazırkı yekun mərhələdə məsələnin aktuallığı daha da artıb. Gərək elə edək ki, əhali qışın sərt sınaqlarında əziyyət çəkməsin.\r\n\r\n

\r\n\r\n\r\nMəsələ ilə bağlı icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev məlumat verib. O, əhalinin fasiləsiz elektrik enerjisi, qaz və içməli su ilə təchizatının təmin olunması istiqamətində lazımi tədbirlərin görüldüyünü, elektrik hava xətlərinə və yarımstansiyalara baxış keçirildiyini, bəzi avadanlıqların yenisi ilə əvəz olunduğunu və nasazlıqların aradan qaldırıldığını qeyd edib. Hazırlıq dövründə 25 transformatorda təmir işləri aparıldığı, çıxış xətlərinin yenilənərək SİP kabellərlə əvəzləndiyi, iki faza ilə işləyən 5 transformatorun dəyişdirildiyi, altı kənddə az gücə malik elektrik transformatorlarının daha güclüləri ilə əvəz edildiyi diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, rayonda 2 yarımstansiya, 26 transformator məntəqəsi yenidən qurulub.\r\n\r\nLənkəranın təbii qaz alan yaşayış məntəqələri də artıb. Son vaxtlarda  Ləj kəndi üzrə 304, Qumbaşı kəndi üzrə isə 248 abonentə təbii qaz verilib. Artıq rayon üzrə 93 yaşayış məntəqəsindən 65-i, yəni 69,9 faizi, ev təsərrüfatlarının isə 42620-si, başqa sözlə, 88,1 faizi qazlaşdırılıb. İlin sonuna kimi Haftoni qəsəbəsinin də mavi yanacaqla təmin olunacağı vurğulanıb. Rayonun təhsil müəssisələrinin istilik sisteminin yaxşılaşdırılması üzrə də işlər görülür. Qazanxanası olan məktəb  binaları qaz xəttinə qoşulub. Şəhərdəki 53 çoxmənzilli yaşayış binasının zirzəmi hissəsində qəzalı vəziyyətdə olan kanalizasiya boruları dəyişdirilib, suötürücü kanallar və kollektorlar təmizlənib, kommunal binalarda su-kanalizasiya xətləri qaydaya salınıb, tüstü bacaları təmizlənib. Müvafiq maşın və mexanizmlər, yoltəmizləyici qurğular işlək vəziyyətə gətirilib. Küçələrdə buz qatının yaranacağı təqdirdə istifadə olunmaq üçün qum və duz ehtiyatı tədarük edilib, təhlükə törədə biləcək köhnə ağaclar kəsilərək yerində təzələri əkilib, şaxtaya davamsız ağaclar polietilen örtüklə bükülüb.\r\n\r\nŞura iclasında qışa hazırlıq sahəsindəki bəzi çatışmazlıqlar da qeyd olunub. İcra hakimiyyətinin başçısı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə bununla bağlı konkret tapşırıqlar verib.\r\n\r\nƏli NƏCƏFXANLI.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 13
  • 12
  • 654
  • 4,388
ILK-10 Azeri Website Directory