Bilik Fondunun nümayəndələri hərbi hissədə əsgərlərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 10 Azərbaycan nağılı ingilis dilinə tərcümə olunaraq nəşr edilib. Fondda təcrübə keçən Azərbaycan Dövlət Dillər Universitetinin və Avrasiya Universitetinin tələbələrinin tərcümə etdiyi nağıllara illüstrasiyaları Dövlət Uşaq Filarmoniyasının üzvləri çəkiblər.Dərginin Bilik Fondunda və Dövlət Uşaq Filarmoniyasında geniş təqdimatı  keçirilib.Tərcüməçilərdən Elvin Çəbrayıllı hazırda vətənə borcunu yerinə yetirmək üçün FHN-nin N saylı hərbi hissəsində hərbi xidmətdədir. Bilik Fondu ilə Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə “Nağıllar” dərgisinin təqdimatı keçirilib. Bölmə rəisi polkovnik-leytenant Əliyar İsmayılov fondun əməkdaşlarını salamlayaraq, hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirilməsinin əsgərlərin hərtərəfli inkişafına töhfə verdiyini vurğulayıb.16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov hərbi xidmətdə olan gəncləri  daim sayıq və nizamlı olmağa çağırıb. Fondun maarifləndirici layihələri, o cümlədən “Nağıllar” dərgisinin ərsəyə gəlməsi barədə ətraflı məlumat verən icraçı direktor əsgər Elvin Cəbrayıllıya Bilik Fondunun “Təşəkkürnamə”sini və hədiyyələrini təqdim edib.Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Elvin Cəbrayıllının valideynləri çıxış edərək əsgərlərin hərtərəfli inkişafı üçün maarifləndirici tədbirlərin vacibliyindən danışıblar.Bilik Fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təqdim etdiyi kitabları hərbi hissənin kitabxanasına təqdim edib.“Azərbaycan”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 17
  • 15
  • 658
  • 4,392
ILK-10 Azeri Website Directory