Naftalanda 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və “Yeni ilin gəlişi qeyd edilib.

Dekabrın 30-da Naftalan Şəhəri Heydər Əliyev parkında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təntənəli ümumşəhər  bayram tədbiri keçirilib.

Naftalan şəhər  İcra Hakimiyyətinin başçısı Natiq Aslanov  çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. 2016-cı ilin uğurlarını qeyd edərək bildirib ki,  qarşıdan gələn 2017-ci  ildə də ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarına uyğun olaraq hər bir sahədə yeni layihələr reallaşdırılacaq və  nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
Tədbir Naftalan şəhər Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam etdirilib. Tədbirin sonunda şaxta baba uşaqlara bayram hədiyyələri paylayıb.

Elşən Vaqifoğlu.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory