İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il təntənə ilə qeyd olunub

 

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilib. 

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd ­Sadıqov çıxış edərək  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, rayonda gedən geniş abadlıq-quruculuq işlərindən, yeni tikilən və tikilməkdə olan obyektlərdən söz açıb. Rayonun gələcək inkişafı barədə ətraflı məlumat verən M.Sadıqov İsmayıllıya göstərilən dövlət qayğısı barədə danışıb, ölkə Prezidenti İlham Əliyevin həmişə ­ismayıllılara arxa, kömək ­durduğunu diqqətə çatdırıb.

Tədbirdə iştirak edən şair Musa Yaqub və Maarif Soltan çıxış edərək bildiriblər ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyadır. Hər Yeni il xoşbəxt gələcəyimizdən xəbər verir.

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon veteranlar şurasının sədri Əlaləm Babayev, jurnalist Lətifə Əliyeva, Əməkdar müəllim Şəfaqət Rəsulov və digər  çıxış edənlər qeyd ediblər  ki, Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra çox böyük  və şərəfli bir yol keçib, misli görünməmiş nailiyyətlər əldə edib. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradıb.

Rayonda keçirilən bu tədbirin əsas qayəsini ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, xalqımızın milli birliyi, mənəvi dəyərlərə hörmət, Azərbaycan xalqına mənsubiyyətin dərindən dərk edilməsi, azərbaycançılıq ideologiyası təşkil edirdi.

İlqar HƏSƏNOV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 41
  • 37
  • 682
  • 4,416
ILK-10 Azeri Website Directory