Xor kollektivlərinin zona müsabiqəsinə seçim mərhələsi

  Mədəniyyət və Turizm Nazirliyi Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi məqsədilə  aprelin 14-də Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində uşaq xor kollektivlərinin IX Respublika zona müsabiqəsinə seçim turu keçirilmişdir.

Müsabiqədə Qəbələ, İsmayıllı, Ağdaş, Göyçay, Ucar və Kürdəmir, rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak etmişlər. Xor kollektivləri müxtəlif xarakterli, iki və daha çox səsli əsərlər, o cümlədən bir əsər akapella, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri və xalq mahnıları ifa ediblər. Aprel ayını 30-dək davam edəcək müsabiqədə Azərbaycanın bütün bölgələrindən olan uşaq xor kollektivləri qatılacaqlar.

Zona müsabiqələrinin qalibləri Bakıda keçiriləcək yekun turda iştirak edəcəklər. Fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterlər diplom və fəxri fərmanlarla təltif olunacaqlar.

Elşən Vaqifoğlu.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 32
  • 23
  • 442
  • 2,060
ILK-10 Azeri Website Directory