Bizim Möhsüm

Bizim Möhsüm<b style="color:red"></b>

Kiyevin qapısını həmişə ürəklə döymüşəm. İlin, ayın istənilən vaxtında, gecə-gündüz bilmədən istənilən saatında.

Səbəbini bir az sonra yazacam. Hələliksə…

O, bizim vətənsevər azərbaycanlımızdı, amma həm də elə ukraynalıdır, o gözəl ölkəyə məxsusdu. Burda, Azərbaycanda olanda bizə Ukraynanı sevdirir, Ukraynada olanda da ordakı yerli camaata Azərbaycanı. İki xalqı, iki fərqli mədəniyyəti təmsil edir deyə bilərəm. Özü də uğurla, hansısa təmanna güdmədən.

Möhsüm Qədiroğlu AzTV-nin, dövlətimizin televiziyasının ö gözəl ölkədəki nümayəndəsidir. 10 ildimi, 15 ildimi bilmirəm, şəxsi münasibətlərimizi qurmazdan əvvəl onu ekrandan tanımışam. Bir jurnalist kimi fəal və peşəkar olub, kobud desək, “xaltura” ilə məşğul olmayıb, orda çalışdığı gündən ta indiyə qədər də öz dövlətinin və millətinin maraqları nəyi tələb edibsə, onu şərəflə və vicdanla yerinə yetirib.
Ukrayna gözəl olduğu qədər həm də çətin ölkədi. Bir tərəfdən yerli hakimiyyətin bürokratik əngəlləri, o biri tərəfdən bir çox azərbaycanlımızın elə tarixən bir-biri ilə yola gedə bilməməsi. Amma bütün bunlar ola-ola görürsən, Azərbaycanın ağrılı və xoş günlərində yüzlərlə soydaşımız bir araya gəlib ölkəsi naminə gücləri çatan nəsə etmək istəyir. Ukrayna cəmiyyətinin diqqətini Azərbaycanın Qarabağ kimi dərdinə cəlb etmək üçün ya beynəlxalq qurumların, ya da elə Ermənistanın səfərliyi qarşısında aksiyalar təşkil etməyi bacarırlar. Çox vaxt da aksiyaçıların önündə gedənlərdən biri də o olur. Təsadüfi deyil. Azərbaycanlıların Ukraynada kütləvi halda bir yerə toplaşmasının, bir-iki normal diaspora təşkilatının qurulmasının əsas səbəbkarlarından, təşkilatçılarından biridi Möhsün…

***

Kiyevin qapısını həmişə ürəklə döymüşəm. İlin, ayın istənilən vaxtında, gecə-gündüz bilmədən istənilən saatında.

Orda Möhsüm olub çünki. Dostcanlı, sadiq bir insan. Ordakılara əziyyət olmasın deyə xəlvəti getmişəm Kiyevə. Aerportdan çıxanda isə qarşımda onu görmüşəm. Donub qalmışam. Demə, kimdənsə eşidib, məni qarşılamaq üçün özünü tez yetirib.

Sonra nə olub bəs? Ukrayna hökümətinin iclasıdı, ya da Ali Radanın. İclasın qızğın vaxtında, o girəvədə zəng edib əsl göyçəlilərə xas tərzdə deyir: “Sənin qadan alaram, darıxma, yarımca saata ordayam”.

Axırıncı dəfə məni gördüyündən heç 2 saat keçməyib. Amma işinin başından aşıb-tökülən vaxtında belə ürəyi vətənindən gələn qonağının yanında qalıb.

“Zavtrak elədin?”, “Obedi bir yerdə edək”, “Bax, axşama heç nə planlaşdırma a, aparacam səni yaxşı bir restoran var, ora…”

Əsl azərbaycanlı qonaqpərvərliyi…

Allah kömək olmuş, imkan vermir Kiyevi yaxşıca gəzək, teatra, muzeyə baş çəkək )))

Amma bu diqqətin səbəbi təkcə səmimi qonaqpərvərik hisləri olmayıb, məncə. Nəsə onu görəndə mənə həmişə elə gəlib ki, Bakıdan bir ziyalı, bir jurnalist Kiyevə gedəndə Möhsüm üçün ikiqat xoş olur. Ürəyi daha çox açılır. Danışdıqca danışmaq istəyir. Və məhz onda o mahnı da oxuya bilər, şeir də deyə bilər… Beləliklə də ruhən Kiyevdən Bakıya, ya da doğulduğu Göyçəyə gedər…

***

47 yaşı tamam olur, bu gün. Yavaş-yavaş yaşlanır. Amma ruhu deyil, o, 18 yaşlı bir gəncdəki kimi güclü qalıb. Həmişə də elə qalacaq.

Üzündən heç vaxt əskik olmayan nur kimi…

Aydın BAĞIROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory