Türkiyə Qafqaz Turizm Sərgisinə xüsusi hazırlaşıb – Foto

GÜRCÜSTANDA KEÇİRİLƏN SƏRGİDƏ TÜRKİYƏ ADINDAN MİLLİ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT NÜMUNƏLƏRİ GENİŞ ŞƏKİLDƏ TƏQDİM EDİLƏCƏK

Türkiyə Qafqaz Turizm Sərgisinə xüsusi hazırlaşıb - <b style="color:red">Foto</b>

Aprelin 27-dən 29-dək Gürcüstanda 19-cu Qafqaz Turizm Sərgisi (Ekspo Georgia 2017) keçiriləcək. İştirakçı ölkələrdən olan Türkiyə sərgiyə mühüm yeniliklərlə gəlir.

Sərginin Türkiyə üzrə təşkilatıçısı, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və turizm müşavirliyindən verilən məlumata görə, Türkiyə qonşu Gürcüstanda öz turizm potensialını daha dolğun və cəlbedici tanıtmaq məqsədilə sərgidə milli mədəniyyət və incəsənətindən nümunələr təqdim edəcək.

Sərgidə Türkiyə stendini ziyarət edənlər ənənəvi üsulla hazırlanan türk qəhvəsi ilə lokum, paxlava kimi dadlı təamlara qonaq ediləcək. Eyni zamanda, ziyarətçilər təsbeh, ebru, çini (dulusçuluq), ipək toxuma ustaları tərəfindən əl işlərinin hazırlanması ilə yaxından tanış olacaqlar. Bunun üçün xüsusi olaraq ebru ustası Yılmaz Eneş, təsbeh ustası Hüseyn Çelik, çini ustası Zərifə Məmmədova, ipək toxuma ustası Sevgi Yüksel Uzunöz sərgiyə dəvət olunub.

Bundan başqa sərgi ərzində Türkiyənin məşhur musiqi sənətçiləri Müzəffər ÖzdemirBirol Topaloğlunun ifasında hər gün canlı musiqi proqramları təqdim olunacaq. Həmçinin, Türkiyə ziyarətçilər arasında “Şans qutusu” lotereya oyunu keçirəcək.

Sərginin sonuncu günündə baş tutacaq çəkilişdə qutudan adı çıxan 2 nəfərə Tiflis-İstanbul aviabileti hədiyyə olunacaq. Habelə, Türkiyə Hava Yollarının xüsusi qonağı kimi sərgidə iştirak edəcək məşhur kino və teatr aktyoru Mehmet Usta Türkiyə stendində sevənləri ilə görüşəcək.

Qeyd edək ki, sərgi çərçivəsində Türkiyə ilə Gürcüstanın turizm təşkilatı və şirkətləri arasında işgüzar görüş keçirilməsi planlaşdırılıb.

  

Ceyhun ABASOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 21
  • 19
  • 514
  • 1,349
ILK-10 Azeri Website Directory