Mehriban ƏLİYEVA: Mən Azərbaycanın əsas sərvətinə – xalqımıza inanıram

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü ilə əlaqədar çoxsaylı təbrik məktubları alıb. Mehriban xanım ona səmimi sözlər ünvanlayanların, xoş arzular bildirənlərin hamısına müraciət edərək dərin minnətdarlığını ifadə edib. AZƏRTAC Mehriban xanım Əliyevanın müraciətini təqdim edir. Müraciətdə deyilir:

Əziz dostlar!

Bu günlərdə mənim ünvanıma doğum günü münasibətilə təbriklər daxil olur. Mənə bizim həmvətənlərimiz, müxtəlif nəsillərdən və peşələrdən olan insanlar yazırlar. Mən, həmçinin xaricdən təbriklər alıram. Səmimi təbriklərə və arzularına görə hamıya ürəkdən təşəkkür edirəm.

Əziz dostlar, belə bir gündə sizin səmimiyyətinizi bir daha hiss etmək mənə çox xoşdur. Mən sizin səmimi təbriklərinizdən çox təsirlənmişəm. Bu, həqiqətən ruhlandırır və müsbət, yaradıcı enerji verir. Mənim hər zaman hiss etdiyim rəğbətinizə, sevgi və dəstəyinizə görə çox sağ olun.

Mən sizinlə bizim ümumi potensialımıza, insan kapitalımıza inanıram, mən Azərbaycanın əsas sərvətinə – xalqımıza inanıram.

Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edirəm. Sizin hamınıza, yaxınlarınıza və sizə əziz olan insanlara cansağlığı, uğurlar, səadət və rifah, Vətənimizə isə sülh və tərəqqi arzu edirəm.

Səmimiyyətlə,

Mehriban ƏLİYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 24
  • 15
  • 2,244
  • 4,289
ILK-10 Azeri Website Directory