Türkiyə Silahlı Qüvvələrinin Gəncəli polkovnikindən bəhs edən məqalə hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycan Vikipediyası”nda polkovnik Məmməd Ağpolada həsr edilən məqalə hazırlanıb. 

Mərkəzi Elmi Kitabxana-dan bildirilib ki, məqalə tanınmış müstəqil tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb. 

 

Məqalə ilə daha

ətraflı https://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99d_A%C4%9Fpolad linkində tanış olmaq mümkündür.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan əsilli polkovniki Məmməd Ağpolad 1918-1922–ci illərdə əvvəlcə ölkəmizin, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda mübarizə aparıb.

Polkovnik Məmməd Ağpolad Azərbaycan Xalq Cümhuriyyəti ordusunun birinci topçu briqadasının birinci diviziyasında batareya komandiri leytenant Məmməd Rza oğlu Rzayevdir. O, Türkiyədə soyad qanunu çıxdıqdan sonra özünə Ağpolad soyadını götürüb. Məmməd Rzayev 1897-ci ildə Gəncədə İmamalı məhəlləsində anadan olub.

Yeganə İsmayılqızı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 6
  • 395
  • 1,387
ILK-10 Azeri Website Directory