Gəncədə partlamamış hərbi sursat tapılıb

   ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Dekabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncənin Kəpəz rayonunun DOS 102 ünvanında partlamamış bir hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 138 saylı binanın zirzəmisinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində partlamamış bir hərbi sursat (PQ-18) aşkar edilib. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş sursatın ətrafında 80 kvadratmetr əraziyə yerüstü baxış keçirilib. Əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 13-dək, ümumilikdə, 7 min 532 partlamamış hərbi sursat, tank

əleyhinə 204 və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 5 milyon 641 min 568 kvadratmetr ərazi yoxlanılıb.

Samirə Süleymanlı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 37
  • 27
  • 429
  • 1,756
ILK-10 Azeri Website Directory