Gəncəyə ilk qar yağıb

Nəhayət ki, bu gün Gəncəyə ilk qar yağdı. Axşamdan yağan qarın üzərinə günəşin zərif şəfəqlərinin saçılması ulu Nizami yurdunda əsrarəngiz mənzərə yaradıb.

Bir-biri ilə bəhsə girən göydələnlərin damı, yarpaqlarını tökmüş ağacların budaqları ağ örpəyə bürünərək, sanki sehirli nağıllar aləminə səyahətə çıxıblar.

Qar dənəcikləri havada əriyib yox olsa da, qış fəslini digər fəsillərdən fərqli və gözəl edən bəmbəyaz qar insanlara maraqlı anlar yaşadıb. Əsasən balacalar xoş əhval-ruhiyyə ilə təbiətin bu füsünkar mənzərəsini izləyib, qarın daha çox yağmasını səbirsizliklə gözləyiblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2021
S M T W T F S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 345
  • 126
  • 6,871
  • 21,204
ILK-10 Azeri Website Directory