Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət orqanlarında dövlət qulluğuna  müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə”  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il  24 iyun  tarixli 108 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 420; 2010, № 3, maddə 183; 2011, № 3, maddə 173; 2012, № 12, maddə 1246) 1-ci hissəsi ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2018-ci il

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 8
  • 5
  • 583
  • 4,218
ILK-10 Azeri Website Directory