Astarada “Elm və din” mövzusunda müzakirələr aparılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) həyata keçirdiyi “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində Astara rayonunun Şahağacı kənd 2 nömrəli tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə “Elm və din” mövzusunda müzakirələr aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkəmizdə yaşayan ayrı-ayrı dinlər və məzhəblər arasında həmrəylik, səmimi dialoq və qarşılıqlı hörmətin mövcud olduğunu bildirib. O, Xocalı soyqırımı haqqında danışaraq deyib ki, bu soyqırımı mənfur erməni qəsbkarlarının məqsədyönlü təcavüz planının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktıdır.

İlahiyyatçı Məhəmməd İbadlı “Elm və din” mövzusunda çıxış edərək müasir və mütərəqqi dəyərləri özündə ehtiva edən İslam dininin elm və mədəniyyət dini olduğunu bildirib.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü Amid Xurşudzadə çıxışında 1992-ci il fevral ayının 26-da ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Xocalı faciəsi öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktıdır.

Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov, məktəbin direktoru Sakit Mürsəlov və məktəbin psixoloqu Sürəyya Nəsirova çıxışlarında Xocalı soyqırımının xalqımızın tarixi yaddaşında əbədi həkk olunduğunu qeyd ediblər.

Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-kompozisiya nümayiş etdirilib, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici nəşrlər iştirakçılara paylanılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 16
  • 12
  • 2,213
  • 4,312
ILK-10 Azeri Website Directory