Xətai rayonunda “Baharı Birlikdə Qarşılayaq!” adlı rəsm sərgisi keçiriləcək

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2018-ci il mart ayının 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Baharı Birlikdə Qarşılayaq!” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.   

Sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdiriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələri mənsublarının iştirakı nəzərdə tutulmuşdur.

Sərgidə 25-dən çox şagirdin 70-dən çox rəsm əsərlərinin nümayişi nəzərdə tutulub.

Sərginin sonunda tədbir iştirakçıları diplom və hədiyyələrlə təltif olunacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 20
  • 15
  • 616
  • 2,200
ILK-10 Azeri Website Directory