Qəbələ sakinlərinin tibbi müayinələri davam etdirilir

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Bununla əlaqədar əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılmışdır. Müayinələr rayon mərkəzi xəstəxanasında, diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qabaqcadan tərtib olunmuş qrafik əsasında müayinə edir, zərurət olduqda onlar müalicəyə cəlb olunurlar.

Bu aksiya bir daha onu göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin fövqündə insan amili, vətəndaşların rifahının yaxşılaşdırılması  və sağlamlığının qorunması məsələləri dayanır.
Rayonda  tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə yaradılan komissiya tərəfindən ciddi hazırlıq işləri görülmüş, tibb ocaqları bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Fevral ayının 10-dan, mart ayının 2-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 4686 vətəndaş tibbi müayinə olunub. Xəstəlik aşkar edilən şəxslər Qəbələ Rayon Mərkəzi Xəstəxanasında müalicə edilirlər. Müayinələrdən sonra 77 nəfər stasionar, 559  nəfər ambulator müalicəyə cəlb olunub. Xəstəliyi daha ağır olan 41 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib. Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında təbliğat işi davam etdirilir.

Elşən Vaqifoğlu

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 16
  • 9
  • 696
  • 2,716
ILK-10 Azeri Website Directory