İsmayıllıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər, xüsusilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi məqsədi ilə tədbirlərə başlanılmışdır.

Respublikamız növbəti seçkilər ərəfəsindədir.  Aprel ayının 11- nə təyin edilmiş seçkilərə o qədər də çox vaxt qalmayıb. Cəmiyyətimiz qarşıdan gələn bu seçkilərə köklənib. Xalqımız inkişafın, sabitliyin,yüksək rifahın və güclü dövlətçiliyin tərəfdarı olmaqla,əsil namizədə səs verəcəkdir.
Martın 2-də İsmayıllı rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı  ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəlirinin   iştirakı ilə  Rayon Təhsil şöbəsinin akt zalında ilk dəfə səs verəcək gənclərilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açıb. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti Prezident seçkiləri barədə məlumat verib. İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb.
RİH başçısı aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov tədbirə toplaşan gəncləri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı adında salamlayıb. İlk dəfə səs verənləri təbrik etməklə onları qarşıdan gələn Prezident seçilərində fəal iştiraka dəvət edib.Rayonda son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirtdiyini, gənclərimizin rayon ictimai- siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıb.
Rayon dairə seçki komisiyasının üzvi Hacı Məmmədov, rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Dövlər Humanitar və Texnologiyalar Kollecinin tarix müəllimi Mövlud Ağayev, Kollecin fəal tələbəsi Əlirza Hüseynov çıxış edərək növbəti Prezident seçkilərinin şəffaf, aydın və bütün dünyaya açıq şəkildə keçiriləcəyini qeyd edirlər.
Tədbirin sonunda fəal gənclər rayon Gİİ-nin fəxri fərmanları ilə təltif olunublar.

Əlirza Hüseynov,

tələbə

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 29
  • 23
  • 1,276
  • 2,549
ILK-10 Azeri Website Directory