Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il mart ayının 2-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov MirQasımov küçəsi 5/7 ünvanda yerləşən mərasim evinin zalında sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Məmmədov Vaqif,  Bayramova Zərnigar, Əsgərov Əsgər, İbişzadə Rəhman, Musayev Davalı,  Həbibov Tofiq, Şükürova Gülbəniz və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzilin dam örtüyünün təmiri,  mənzil növbəsi, pandusların qurulması, tikinti ərazilərindən çıxan yük maşınlarının yolları çirkləndirməsi barədə müraciətlər etdilər. Məskunlaşdıqları yataqxanadan köçürülmələri barədə Polad Məmmədovun müraciəti ilə bağlı Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair  verdiyi tapşırıqların icrası istiqamətində görülən ardıcıl işlər barədə məlumat verildi. Bir neçə sakin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn pilot layihələrin dövlət tərəfindən atılan təqdirəlayiq addımlardan biri kimi qiymətləndimiş və yaşadıqları ərazidə bu layihələrin həyata keçirilməsi istəyini bildirmişlər.  Musayev Davalı, Məmmədov Vaqif yaşadıqları bina və evlərin istismar müddətinin bitdiyini, şəhərin görkəminə xələl gəldiyini, mənzillərin yaşayış şəraitinin bu günün tələblərinə cavab verməməsini və bunula əlaqədar pilot layihələrin tətbiqi ilə bu məsələyə baxılmasını xahiş etmişlər. İcra Hakimiyyətinin Başçısı rayon ərazisində 31 pilot layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlərin aparıldığını, 15 layihə üzrə məhəllələrdə köçürmə, söküntü-tikinti işlərinin aparıldığını və bu işlərin davam etdirildiyini qeyd etmişdir. Rəşid Behbudov 77 ünvanda yaşayan sakinlər tikinti şirkəti ilə müqavilə bağladıqlarını, hazırda kirayə haqqları ödənilməklə müvəqqəti köçürüldüklərini, lakin bir neçə sakinin müqavilə bağlamaması səbəbindən tikinti işlərinə başlanmasının mümkün olmaması və prosesin ləngiməsindən narahatlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. Yekunda, başçı qəbulda iştirak edən xanımları qarşıdan gələn 8 Mart Qadınlar Günü münasibəti ilə, bütün sakinləri Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırdı.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory