Prezidentliyə namizədlik vəsiqəsi İlham Əliyevə təqdim edildi

Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib.

APA-nın məlumatına görə, M. Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimi İlham Əliyevə təbriklərini çatdırıb və namizədlik vəsiqəsini ona təqdim edib.

Dövlət başçısı qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib, Mərkəzi Seçki Komissiyasının işinə uğurlar arzulayıb.

Seçkilərə hazırlıq işlərinin lazımi səviyyədə həyata keçirildiyini vurğulayan M. Pənahov seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün şəraitin yaradılması ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının konstitusion hüquqlarının qarantı kimi Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory