İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş olub

İsmayıllı Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüş 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilib. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qadınları bayram münasibətilə təbrik edib. Vurğulayıb ki, bu gün dövlətimiz hər bir şəhid və əlil ailəsinin qayğısını çəkir, onların övladlarının təhsili üçün lazımi şərait yaradır, mənzil ehtiyaclarını ödəyir.

Görüşdə şəhid və əlil ailələrinin qayğıları dinlənilib, bununla əlaqədar müvafiq təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Sonda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə görüşdə iştirak edən xanımlara bayram hədiyyələri verilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 33
  • 27
  • 404
  • 2,115
ILK-10 Azeri Website Directory