Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilmişdir

Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların,  ali və orta təhsil müəssisələrinin,  tam orta və məktəbəqədər müssisələrin, səhiyyə ocaqlarının, rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə RİH Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov qarşıdan gələn Novruz  bayramı münasibəti ilə rayon ərazisində keçirələcək tədbirlər barədə yığıncağ iştirakçılarına geniş məlumat verdi. O qeyd etdi ki, Novruz bayramı  ərəfəsində rayonun idarə, müəssisə və təşkilatlarında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuş, rayon ərazisində abadlıq-quruculuq işlərinin aparılır, “Abad həyət” layihələri çərçivəsində yeni nümunəvi həyətlərin salınır, rayon ərazisində yaşayan 3  mindən artıq aztəminatlı ailələrə bayram sovqatlarının çatdırılması üçün tşkilati-hazırlıq işləri aparılır. Eyni zamanda tədbirlər planına uyğun olaraq rayon rəhbərliyi rayon ictimaiyyəti nümayəndələri ilə birgə “N” saylı hərbi hissədə olaraq Novruz bayramını ön cəbhədə xidmət edən əsgərlərimizlə birgə keçirəcəkdir. Hal hazırda bu istiqamətdə hazırlıq işləri başa çatmaq üzrədir. Məsələ ilə bağlı aidiyyəti qurumların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar  verildi.

Novruz bayramı ərəfəsində ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayonun bir qrup yuxarı sinif şagirdlərinin  “Ölkəmizi tanıyaq” tur aksiyası  layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfərlərinə hazırlıq işlərinin aparıldığı bildirildi.

Sonra qarşıdan gələn Azərbaycan Respublikası  Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar rayon ərazisində seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və  “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirlməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar rayon icra hakimiyyətinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyi qeyd olundu və aidiyyəti üzrə tapşırıqlar verildi.

Yığıncaqda çıxış edənlər bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin, əmin-amalığın  dayanıqlı və  möhkəmliyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.

Sonra rayonda vətəndaşların müraciətlərinə,  şikayət və təkliflərinə daha da diqqət və qayğıyla yanaşılmanın təmin edilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory