Şəkinin Çeşməli kəndində səyyar qəbul keçirilib

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov martın 7-də Şəkinin Çeşməli kəndinin sakinləri ilə görüşmüşdür.
Görüşdə başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri, kənd sakinləri iştirak etmişlər.
Görüşün əvvəlində ərazidə görülmüş işlərdən söz açılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə  toxunulmuş, həmçinin Şəki şəhərində həyata keçirilən layihələr barədə məlumat verilmişdir.Kənd sakinləri Aqil  Əhmədov, Ruziyə Əhmədova, Mustafa Mustafayev və başqaları çıxış edərək kənddə tibb məntəqəsinin açılması, EATS quraşdırılması, yararsız elektrik dirəklərinin dəyişdirilməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
Görüşdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 19
  • 12
  • 355
  • 2,138
ILK-10 Azeri Website Directory