Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində bölgə vətəndaşlarını qəbul edib.

Qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında keçirilən qəbulda komitə sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Göygöl, Goranboy və Samux rayonlarının sakinlərinin müraciətlərinə baxıb.

Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 49
  • 31
  • 440
  • 2,106
ILK-10 Azeri Website Directory