“Biz də ordumuza sevgimiz və qayğımızla dəstək olmalıyıq”- Alimpaşa Məmmədov

Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi, “Böyük Yol” Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Murovdağ ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmətdə olan hərbi qulluqçular üçün konsert proqramı və bayram ziyarəti keçiriləcək.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Murovdağa yola düşən gənclərlə görüş keçirib.

Alimpaşa Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi istiqamətindəki gərgin və səmərəli fəaliyyəti öz bəhrəsini verməkdədir və bütün Azərbaycan xalqı cənab Prezidentin bu səylərini qətiyyətlə dəstəkləyir: “Biz də hər zaman dövlətimizin bu siyasətinə dəstək olmalı, əsgərlərimizin yanında olduğumuzu göstərməliyik. Bu gün Şəmkir gənclərinin atdığı bu addım çox tədqirəlayiqdir. Evindən, ailəsindən uzaq olan əsgərlərlə bayramı birlikdə keçirməkdən gözəl hiss ola bilməz. Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Biz də bu güclü ordumuza sevgimiz və qayğımızla dəstək olmalıyıq”.

Görüşdən sonra hərbi qulluqçulara bayram sovqatı aparan “Böyük Yol” Gənclərin İctimai Birliyinin üzvləri Murovdağa yola düşüblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory