Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasında

Nəsimi rayonunun  IX-XI sinif şagirdləri və onları müşayət edən şəxslər  martın  15-də Naxçıvan şəhərində olmuşlar.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları səyahətlərinə Heydər Əliyevin abidəsini ziyarət, Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Kompleksi ilə tanışlıqla başlamışlar.

Səfərin ikinci günü məktəblilər Culfa rayonu ərazisində yerləşən “Əlincə qala” Abidə  Kompleksi ilə tanış olmuşlar. Sonra Ordubad şəhərinə ekskursiya edərək Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyi, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar. Ordubad Came məscidi, Yeraltı məbəd və Buzxana Tarix-Memarlıq abidələri ilə tanışlıq məktəblilərdə xöş təsürrat yaratmışdır.

Nəsimi rayon məktəblilərinin  “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyası çərçivəsində  Naxçıvan  Muxtar  Respublikasına  səyahətləri  18 martadək davam edəcəkdir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory