Məktəblilər Gəncəyə qayıdıblar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Qəbələ – Şəki- Zaqatala marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən gəncəli məktəblilər Gəncə şəhərinə qayıdıblar. Tur-aksiya iştirakçılarını “Zəfər Tağı” qarşısında təhsil işçiləri və valideynlər qarşıladılar.

Məktəblilər səfərlə bağlı təəssüratlarını bölüşərkən bildiriblər ki, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan oxuyub, filmlərdə seyr ediblər. Tur-aksiya zamanı bütün bunları öz gözləri ilə görmək, arxeoloji qazıntılar zamanı tapılan və rayonların muzeylərində nümayiş etdirilən maddi-mədəniyyət nümunələri məktəblilərdə zəngin təəssürat yaradıb. Onlar yaradılan şəraitə görə tur-aksiyanın təşəbbüskarı olan dövlət başçımıza minnətdarlıq ediblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory