Səlim Müslümov Avropa Komitəsinin icraçı katibiylə görüşdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkənin ümumi inkişafının sosialyönümlü olduğunu, əldə edilən iqtisadi dividentlərin ilk növbədə sosial məqsədlərə yönəldiyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan sosial dövlət olaraq, sosial hüquqlar sistemini və bu hüquqların müdafiəsi mexanizmini müasir dünya təcrübəsi əsasında, mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirir: “Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan qısa müddət sonra, 2001-ci ilin oktyabr ayında insanların sosial və iqtisadi hüquqlarının qorunması üzrə Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Avropa Sosial Xartiyasına qoşulması da bunu aydın şəkildə göstərir. Ötən müddətdə ölkəmiz 31 maddədən və əlavələrdən ibarət olan Xartiyanın mütləq xarakter daşıyan əsas maddələrini, ümumilikdə 18 maddəsini ratifikasiya edib”.

S.Müslümov qeyd edib ki, Avropa Sosial Xartiyasının ölkəmiz tərəfindən ratifikasiya olunmuş maddələri əmək, təşkilatlanma, kollektiv müqavilələr bağlamaq, uşaq və gənclərin müdafiəsi, ailənin sosial, hüquqi, iqtisadi müdafiəsi, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və s. ilə bağlı hüquqları əhatə edir.

Nazir ölkəmizdə sosial hüquqlar sisteminin inkişaf etdirilməsində Avropa Şurasına üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planından irəli gələn prinsiplərin də daim diqqətdə saxlanıldığını vurğulayıb. O, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, bu sahədə aktiv tədbirlərin geniş tətbiqi yönündə aparılan işlər barədə də məlumat verib. S.Müslümov Azərbaycanda yeni çağırışlara cavab verən və geniş əhatəliliyə malik olan, etibarlı sosial müdafiə sisteminin formalaşdırıldığını diqqətə çatdırıb. Nazir, həmçinin, əmək, sosial təminat, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılmış elektron sistemləri qeyd edib, bu sahələrdə əhaliyə müasir və şəffaf xidmətlərin göstərildiyini, sosial müdafiə sisteminin həssas əhali qrupları üçün əlçatanlığının təmin edildiyini bildirib.

R.Briya isə Avropa Sosial Xartiyasının maddələrinin ratifikasiyası, sosial sahədə milli qanunvericiliyin Xartiyanın ratifikasiya olunmuş maddələrinə uyğun təkmilləşdirilməsi sahəsində Azərbaycanda aparılan işlərin Avropa Sosial Xartiyası departamenti tərəfindən məmnunluqla qarşılandığını qeyd edib. O, ölkəmizdə aparılan sosial siyasətin ildən-ilə güclənməsinin, həssas əhali qruplarının təminat səviyyəsinin getdikcə artırılmasının, onların sosial hüquqlarının təmin edilməsinin, həmçinin Avropa Şurasının sosial birlik prinsiplərinin diqqətdə saxlanmasının təqdirəlayiq olduğunu bildirib.

Görüş Azərbaycanda sosial hüquqlar sisteminin Avropa Sosial Xartiyasının maddələri əsasında təkmilləşdirilməsi üzrə görülən işlərə və bu sahədə gələcək vəzifələrə dair fikir mübadiləsi ilə davam edib

Qeyd edə ki, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes də görüşdə iştirak edib.

CEYHUN

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory