AĞXALATLILAR DA İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏDİKLƏRİNİ BƏYAN ETDİLƏR

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı tərəfindən seçicilərlə keçiriləcək tədbirlərin qrafikinə uyğun olaraq, rayon Mərkəzi Xəstəxanasında görüş keçirildi.

Görüşü açan YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov dövlət başçısının Azərbaycan səhiyyəsinə diqqət və qayğısından danışdı. Bildirdi ki, indi ölkənin ən ucqar kəndlərində belə müasir tibb ocaqları vətəndaşlarımızın xidmətindədir.

YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri, təşkilat sədrinin müavini Əli Quliyev, həkim Niyaz Hüseynov da öz çıxışlarında İlham Əliyevin titanik fəaliyyətindən  söz açdılar.

Sonda Yevlax “Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Azər İsmayılov çıxış etdi. Bildirdi ki, ölkədə  səhiyyə sahəsinə dövlət başçısının xüsusi diqqət və qayğısının bəhrəsini bu gün hər bir Azərbaycan vətəndaşı görür.

İcbari Tibbi Sığortanın tətbiqini səhiyyə sahəsində bir inqilab kimi dəyərləndirən Azər İsmayılov bunu ölkə rəhbərinin uzaqgörənliyi, humanistliyi adlandırıb və rəhbərlik etdiyi kollektivin iradəsini ifadə edərək 11 apreldə İlham Əliyev cənablarına səs verəcəklərini bildirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 29
  • 23
  • 1,276
  • 2,549
ILK-10 Azeri Website Directory