“Aprelin 11-də Azərbaycan xalqının doğru seçim edəcəyinə inanıram”

Aprelin 11-də Azərbaycan xalqının doğru seçim edəcəyinə inanıram. Əminəm ki, pezident seçkilərinin nəticələri Azərbaycan xalqı və dövləti üçün xeyirli olacaq.

Bu sözləri Avropa Jurnalistlər Dərnəyinin rəhbəri, Türk Dünyası Parlamentarilər Birliyinin koordinatoru Adnan Fişenk sechki-2018.az saytına açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan düzgün müəyyənləşdirilmiş strategiya sayəsində bu gün iqtisadi, siyasi, hərbi və mədəni sahədə qarşıya qoyduğu bütün hədəflərə qısa müddətdə çata bilib. Azərbaycanın bu inkişafı türk dünyasına da önəmli şəkildə təsir edir.

“Xüsusilə Türkiyə və Azərbaycan bütün sahələrdə uğurlu əməkdaşlıq edir və bu əməkdaşlığın miqyası ilbəil genişlənir. Hesab edirəm ki, 11 aprel prezident seçkilərində Azərbaycan xalqı layiqli namizədə səs verəcək və bu seçkilərdən sonra Azərbaycanın dünyada və regionda mövqeyi daha da güclənəcək”, – deyə Adnan Fişenk bildirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 15
  • 14
  • 656
  • 4,390
ILK-10 Azeri Website Directory