Nazir: “Bu il ölkəyə gələn turistlərin sayı 12,5 faiz artıb”

“Üç ay ərzində ölkəyə gələn turistlərin sayı ötən ilə nisbətən 12,5% artıb”.
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, mart ayında da ölkəyə gələn turistlərin sayında artım müşahidə olunub: “Novruz bayramında Azərbaycana çoxlu sayda turist gəlib. Novruz bayramında Mədəniyyət və Turizm Nazirliyi, Milli Təbliğat Bürosu tərəfindən çoxsaylı tədbirlər keçirilib. Bizim müşahidələrə görə, Novruz tədbirlərində 1 milyon yarımdan çox insan iştirak edib. Bu, olduqca yaxşı rəqəmdir”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 14
  • 8
  • 329
  • 2,115
ILK-10 Azeri Website Directory