Nazir: “Yay mövsümündə cənub zonasına turist axını gözləyirik”

“Azərbaycanın şimal-qərb, İpək yolu üzərində turizmin inkişafını sürətləndirməyi nəzərdə tuturuq”. 

“APA-Economics” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazirin sözlərinə görə, Qazax, Şəmkir, Gədəbəy zonasında turizm sahəsində inkişafı müşahidə edirik. 

“Bu zonaya gələnlərin sayı çoxalıb. Lənkəran, cənub zonasına yay mövsümündə turist axını gözləyirik. Sözsüz ki, ənənəvi olaraq Quba, Xaçmaz, Nabran bölgəsi də işləyəcək.  Bu il qış mövsümündə Aran zonasına quş, balıq ovu məqsədilə turist axını artıb. Bu, hər rayonda yeni otelin inşasına təkan verir. İndi elə bir rayon yoxdur ki, orada normal xidmət göstərən otel olmasın”, – deyə Ə.Qarayev vurğulayıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 18
  • 513
  • 1,348
ILK-10 Azeri Website Directory