Qazaxıstanlı müşahidəçi: Seçicilərin fəallığı xüsusi diqqət çəkir

İndiyədək səsvermə prosesində hər hansı qanun pozuntusu qeydə almamışıq. Seçicilərin fəallığı xüsusi diqqət çəkir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Parlamenti Məclisinin üzvü Məhərrəm Məhərrəmov söyləyib.

O deyib: “Azərbaycanda yüksək seçki mədəniyyəti formalaşıb. Seçicilərin fəal şəkildə məntəqələrə gəlməsi, növbə ilə səsvermə hüquqlarından istifadə etməsi və bütün bu prosesin sakit formada həyata keçirilməsi diqqət çəkir. Heç bir ajiotaj, narahatlıq yoxdur. Hər şey normal şəraitdə davam edir”.

Qazaxıstanlı deputat Azərbaycanda prezident seçkilərinin beynəlxalq normalara uyğun keçirildiyini vurğulayıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory