“Seçki Avropa standartlarına uyğun təşkil olunmuşdu”

“Böyük məmnuniyyətlə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etdik. Bir neçə məntəqədə olduq, seçki demokratik Avropa standartlarına uyğun təşkil olunmuşdu”. 

APA-nın məlumatına görə, bunu Rumıniya Parlamentinin Deputatlar Palatasının müşahidə missiyasının rəhbəri Viktor Ponta Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, missiyanın üzvləri üç məntəqədə müşahidə aparıblar: “Əlbəttə, bütün seçkilərdə olduğu kimi müəyyən məsələlərin düzəldilməsi, təkmilləşdirilməsi lazım gələ bilər. Amma ümumi şəkildə deyə bilərəm ki, seçki demokratik prinsiplərə uyğun təşkil edilmişdi. Üç məntəqədə olduq, müşahidəçilərlə söhbət etdik. Müşahidə apardığımız məntəqələr lazımı texniki avadanlıqla təmin olunmuşdu”.

V. Ponta əlavə edib ki, müşahidə ilə bağlı Rumıniya parlamenti adından yazılı rəy də göndəriləcək.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 14
  • 8
  • 694
  • 2,714
ILK-10 Azeri Website Directory