İstiqlal Muzeyinin eksponatları UNEC-də

UNEC-də Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi keçirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən, dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilir. Tələbələrin böyük marağına səbəb olan eksponatlar UNEC-in bütün tədris binaları, Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də sərgilənəcək.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı UNEC-in tədbirlər planı təsdiqlənib. Sənədə əsasən, UNEC-də “AXC dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı” həsr olunan elmi konfrans, seminar, açıq dərs və dəyirmi masalar təşkil olunur.

Tədbirlər planında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının “Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin xaricdə təhsili” mövzusunda Forumunun keçirilməsi də nəzərdə tutulub.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 33
  • 27
  • 404
  • 2,115
ILK-10 Azeri Website Directory