Məktəblilər Gəncə Dövlət Universiteti ilə taniş olublar

Universitet-məktəb əlaqələri davam etdiriləcək

Gəncə şəhər İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin  yuxarı sinif şagirdləri və müəllim heyəti Gəncə Dövlət Universiteti ilə  yaxından tanış olublar.

Əvvəlcə şagirdlərə universitetin  inkişaf tarixi və hazırki fəaliyyəti haqqında məlumat verilib.

Bildirilib ki, resbublikanın ali və orta təhsil müəssisələrini yüksək ixtisaslı pedaqoji kadrlarla təmin edən Gəncə Dövlət Universiteti ölkəmizin qərb regionunda fəaliyyət göstərən ən böyük ali təhsil müəssisəsidir. Bu il yaranmasının 80 illik yubileyini təntənə ilə qeyd edəcək Gəncə Dövlət Universitetində hazırda 8 fakültə, 1 əlavə təhsil fakültəsi fəaliyyət göstərir. Universitetdə təhsilin bütün pillələri üzrə pedaqoji istiqamətli kadrlar hazırlanır. Hazırda universitetdə işləyən 541 müəllim burada təhsil alan 6 min tələbənin peşəkar kadrlar kimi hazırlanmasında yaxından iştirak edir.

Qeyd edilib ki, böyük elmi potensiala malik universitetdə çalışan 16 elmlər doktoru, professor, 190 fəlsəfə doktoru, 144 dosent, həmçinin 1 nəfər AMEA-nın müxbir üzvü həm pedaqoji kadrların hazırlanmasında, həm də elmi tədqiqat işlərinin aparılmasında yüksək nəticələr almağa çalışırlar.

Məktəblilərə həmçinin universitetin ayrı-ayrı fakültələri, eləcə də buradakı ixtisasların karyera seçimində və əmək bazarındakı üstünlükləri geniş izah edilib

Sonra məktəblilər universiteti gəzib, buradakı tədris prosesini və elmi araşdırmaların istiqamətini yaxından müşahidə ediblər.

Universitet mühiti ilə tanışlığın ali məktəblərə hazırlaşan yuxarı sinif şagirdlərinin ixtisas seçimində və gələcək karyera imkanlarının müəyyənləşdirilməsində böyük rol oynadığını deyən müəllimlər universitet-məktəb əlaqələrinin bundan sonra da davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 153
  • 23
  • 745
  • 2,775
ILK-10 Azeri Website Directory