Azərbaycan Prezidentinə Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı təqdim edilib

Azərbaycan prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Dünya Güləş Birliyinin prezidenti N. Laloviç dövlət başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

N. Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini bildirib,  Azərbaycanın güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasında olduğunu qeyd edib.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini söyləyən N. Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini xatırladıb. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan Dünya Güləş Birliyinin prezidenti ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd edib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını çatdırıb. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını nəzərə çatdırıb.

N. Laloviç güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Orden”i dövlət başçısına təqdim edib.

Dövlət başçısı mükafata görə minnətdarlığını bildirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 19
  • 14
  • 615
  • 2,199
ILK-10 Azeri Website Directory