Yeni növ kompüter yaddaşı hazırlanıb

Çinin Şanxay Fudan Universitetinin alimləri özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yeni məlumat saxlama texnologiyası hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, quraşdırılmış yaddaş kompüter və smartfonların yüklənməsinə, operativ yaddaş isə kompüterdə proqramların işə salınmasına imkan verir. Yeni – üçüncü növ kompüter yaddaşı isə bu funksiyanın hər ikisini yerinə yetirir.

Ekspertlər qeyd edirlər ki, qurğunun bütün sistemləri operativ yaddaşda saxlanılan məlumatlara tez çıxış əldə edə bilir, lakin qurğu söndürülən zaman məlumatların hamısı yoxa çıxır, gözlənilməz sönmə isə yaddaşa verilməyən məlumatların tam silinməsinə səbəb ola bilər.

Çin tədqiqatçılarının sözlərinə görə, yeni növ kompüter yaddaşı bütün məlumatları saxlamaqla yanaşı, istifadəçiyə onların saxlanma müddəti ilə bağlı qərar qəbul etməyə imkan verir. Bu funksiya informasiyanın təhlükəsizlik dərəcəsini artırır və yeni yaddaş növünü bazarda güclü rəqibə çevirir.

M.MÜKƏRRƏMOĞLU

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory