Azərbaycan, Rusiya, İran və Hindistan Şimal-Cənub nəqliyyat dəhlizinin sınağına başlayıblar

Azərbaycan, Rusiya, İran və Hindistan aprelin 29-da idman avtoyürüşü çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin sınaqdan keçirilməsinə başlayıblar.

Milli.az  xəbər verir ki, İranın Yol və Şəhər Quruculuğu Naziriliyi bildirir ki, tədbir Hindistanın Yük Ekspeditorları Federasiyası və “Kalinga Motor” idman klubu tərəfindən birgə təşkil olunub. Yürüşün təşkilində İranın Xarici İşlər və Yol Təsərrüfatı nazirlikləri, Avtomobil və Motosiklet Federasiyası və Gömrük İdarəsi iştirak ediblər. 30 günlük ralli Şiraz, İsfahan, Tehran, Qəzvin, Rəşt, İran ərazisindəki Astara limanı, Moskva, Sankt-Peterburq marşrutu ilə davam edəcək və eyni marşrut ilə geri Çabahara qayıdacaq. Yürüşə 20 yük maşını, ümumilikdə 39 iştirakçı qatılıb. Rusiya, İran və Azərbaycandan hərəsindən bir yük maşını və Hindistandan 17 yük avtomobili iştirak edir.

İ.Əmənullayev

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 5
  • 4
  • 396
  • 2,101
ILK-10 Azeri Website Directory